F.Alonso: “Məyus olmayacam”

Fernando Alonso bildirib ki, İndy500-dəki hansı nəticəni qazanırsa-qazansın, məyus olmayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışından imtina edərək, gücünü İndy500 yarışında gücünə sınamaq qərarına gəlmişdi.

Fernando Alonso: “Mənim üçün yarışdan həzz almaq və bu anı yaşamaq bəsdir. Bu planlaşdırılmamış yarış idi və buna görə də gözləntim yoxdur. İndiyə kimi rəqabətədavamlı idim və yarışda da belə davam etməyə ümidliyəm. Bilmirəm, bəlkə də 100 dövrədən sonra gerilərə düşməyə başlayaram. Amma yarışda məyus olmayacam, çünki mənim üçün əla təcrübədir.

Mənə çox məsləhət verdilər. Maykl Andretti, Mario Andretti, Jil de Ferran və s. Lakin bəzi şeyləri özünüz təcrübədən keçirməlisiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*