F.Alonso: “Mercedes-i ancaq McLaren məğlub edə bilər”

Fernando Alonso bildirib ki, Mercedes komandasını ancaq McLaren məğlub edə bilər.

F-1.az xatırladır ki, McLaren bu il 8 yarışın 4-dən xalla ayrıldı və britaniyalıların ən yaxşı nəticələri 5-ci yer olub.

Xatırladaq ki, McLaren son qələbəsini 2012-ci ilin Braziliya QP-də əldə edib, amma buna baxmayaraq, britaniyalılar düşünürlər ki, onlar Mercedes-dən sonra idmanın yeni hegemonu olacaqlar.

Alonso düşünür ki, McLaren Mercedes-i məğlub edə biləcək yeganə komandadır: “Rəqabətədavamlı olduğumuz yarışlar var, amma uzun düzlük olan traslarda problemlər yaşayırıq. Düşünürəm ki, komanda yaxşı vəziyyətdədir. Mercedes-dən sonra lider McLaren olacaq. Mən digər istehsalçı komandalara baxanda, heç kimin McLaren kimi üstün olmadığını görürəm. Hələ önümüzdə uzun yol var, ancaq zənn etmirəm ki, kimsə bizdən daha yaxşısını edə bilər”

Bakıdakı yarışda 11-ci yeri tutan Batton düşünür ki, komandada cəsarətverici işlər var: “Bolidin asfalta yatma qüvvəsini azaltmağımıza baxmayaraq, döngələrdə çox güclü idik və bu yaxşı haldır. Hər yarış inkişaf edirik. Hət yerdə inkişaf etməliyik, amma Bakının uzun düzlükləri bizim üçün əlverişli deyildi. Pis nəticə deyildi. Xal ala bilməsək də, yaxşı işlər gördük. Sonrakı yarış bizim üçün bir az daha yaxşı olmalıdır. Red Bull Rinq qəribə olsa da, daha balanslı trasdır. Bizim üçün daha əlverişlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*