F.Alonso: “McLaren-in builki inkişafı gələn il uğur əldə edəcəyimizə zəmanət vermir”

Fernando Alonso McLaren-in cari mövsüm ərzində əldə etdiyi irəliləyişin gələn mövsüm üçün əhəmiyyət daşımadığını düşünür. Amma buna baxmayaraq, komandasının gələn mövsüm ən azı podiuma yüksəlmək uğrunda mübarizə aparacağına inanır.

F-1.az bildirir ki, ispan sürücü McLaren Honda-nın bərbad keçən 2015-ci il mövsümündən sonra bu il xal uğrunda mübarizə apara bilməsindən razıdır.

Fernando Alonso: “Bu il mövsüm ərzində xeyli irəliləmişik və bundan məmnunuq. Artıq Force İndia və Williams kimi komandalarla mübarizə apara bilirik. Lakin gələn il reqlament dəyişir və indiki inkişafımızın gələn ilə bir təsiri olacağı dəqiq deyil. Çünki hər şey çox dəyişəcək. Gələn il istifadə edəcəyimiz maşın üzərində çalışmalıyıq. Simulyatorla işləyərkən gələn ilin bolidinin potensialı barədə az-çox məlumata sahib olacayıq.

Bu il daha da güclü olmaq, ön yerlər uğrunda rəqabət aparmaq istəyirik. Keçən il bu il üçün böyük addımlar atıldı və daha bir addıma ehtiyacımız var. Bunun da yolu sıralanma turlarında 3-cü sessiyaya yüksəlməkdən, hər yarışda xal qazanmaqdan, podium uğrunda mübarizə aparmaqdan keçir. Bunların mümkün olduğunu düşünürəm. Qalib gəlmək üçün ehtiyacımız olan yeganə şey zamandır…”

Fernando həm də Honda-nın Formula1-də özünü inkişafetdirmə tərzini dəstəklədiyini, komandanın irəli getməsi üçün daha yaradıcı fikirlər irəli sürdüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*