22 Oktyabr 2017, Bazar - 01:21

F.Alonso: “McLaren fərqli mühərriklə 5-ci olardı”

F.Alonso: “McLaren fərqli mühərriklə 5-ci olardı”

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 11 May, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandası daha yaxı mühərriyə sahib olsa, yaxşı nəticələr əldə edə bilərlər.

F-1.az xatırladır ki, Alonso mühərrik probleminə görə ilk 3 yarışda damalı bayrağa çata bilmədiyi halda, sonuncu Rusiya yarışında heç start alam bilməmişdi. İspaniyalı sürücü Rusiya yarışından sonra bildirmişdi ki, Honda mühərriyi düzlüklərdə 2.5 saniyə itirir.

Fernando Alonso: “Soçidə rəqiblərimizdən 3.3 saniyə geri qalırdıq və bu təkcə mühərrik fərqi deyildi. Amma fərqli mühərrikdən istifadə etsəydik, hər yarış beşlikdə ola bilərdik. Bəzi traslarda da öndəki qrupa yaxın olardıq.

Amma indi yarışa belə çıxa bilmirik. Bu, bizim üçün yaxşı hal olmasa da, əlimdən heç nə gəlmir. Komandanın nə edə biləcəyini ancaq rəhbərlik bilir. Mən sadəcə sürücüyəm və komandaya buna görə gəlmişəm. Əlimdən gəldiyi qədər sürətli gedirəm və komandaya kömək etməyə çalışıram. Bəzən əsəbi oluram, lakin ümid edirəm ki, inkişaf edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 585
Teqlər ,
Paylaş

logo