F.Alonso McLaren-ə 3 ay vaxt verib

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sentyabr ayına qədər yarış qazansalar, komandada qalacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq McLaren-ə transfer olunub və britaniyalıların heyətində yarışdığı son 3 mövsümdə podiuma belə yüksələ bilməyib.

Son qələbəsini 2013-cü ildə Barselonada qazanan 35 yaşlı sürücünün McLaren-lə müqaviləsi ilin sonunda bitəcək.

Fernando Alonso: “Qalib gəlməliyik. Sentyabr ayından əvvəl yarış qazansaq və ya buna bənzər bir şey etsək, o zaman qərar verəcəm və burada qalacam.

İyun ayında növbəti mövsüm üçün planlar qura bilməzsiniz. Hətta bu mövzu barəfdə düşünməyə başlamamışam. Hamımız qalib gəlmək istəyirik. Zek də bunu istəyir. McLaren-i çempion komanda etmək istəyir. Üç ildir ki, bu vəziyyətdə deyilik. Buna görə də komanda üçün bəzi şeylər dəyişməlidir. Mən də qalib gəlmək istəyirəm. Bu layihəyə çempion olmaq üçün qoşuldum. Amma əgər heç nə dəyişmirsə və rəqabətədavamlı ola bilmirsinizsə, layihəni dəyişdirmək lazımdır. Hələlik bunu deyə bilərəm. Bu barədə 100 faiz heç nə deyə bilmərəm. Yay tətilindən sonra ən yaxşı qərarı vermək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*