18 Dekabr 2017, Bazar ertəsi - 13:06

F.Alonso McLaren-dən getməyə hazırdır

F.Alonso McLaren-dən getməyə hazırdır

Müəllif: Elçin Zodorov, redaktor

16:05 - 11 May, 2017

F-1.az xatırladır ki, Fernando Alonsonun McLaren komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır. İspan sürücü ilin əvvəlində demişdi ki, gələcək karyerası barədə qərarını payızda verəcək. O, bu gün İspaniyada bildirib ki, Formula1 karyerasını davam etdirmək istəyir, lakin McLaren-dən ayrılmaq variantını da nəzərdən keçirir.

Fernando Alonso: “Mən ilk onluqda mübarizə aparmaq istəyirəm. Bu, təkcə komandanın məqsədi deyil, həm də azarkeşlərin bizdən gözlədiyi şeydir. Mövsüm uzundur və komanda vəziyyəti düzəldə bilər. Ümid edirəm ki, mövsümün ikinci hissəsində azarkeşləri sevindirə biləcəm. Hər şeyin yaxşılığa doğru dəyişəcəyinə böyük ümidlərim var.

Sentyabr-oktyabr aylarında McLaren və ya başqa komandalarla danışıqlara başlayacam. Mən yalnız titul uğrunda mübarizə apara biləcəyim komandada olacam. Formula1-də qalmaq istəyirəm və İndy500-ə keçmək niyyətim yoxdur – sadəcə bir yarışda iştirak edəcəm.

McLaren-də əllərindən gələni edirlər. Biz Honda-ya kömək etmək üçün bütün resurslardan istifadə edirik. İyuldakı ardıcıl yarışlardan və yay fasiləsindən sonra komandanın nə qədər inkişafa nail olduğunu analiz edə biləcəyik. Mənim qərarım da o vaxt məlum olacaq. Lakin Formula1-də qalacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 308
Teqlər ,
Paylaş

logo