F.Alonso McLaren-də öz imperatorluğunu qurur?

Fernando Alonsonun Kimoa şirkəri McLaren-lə uzunmüddətli müqavilə bağlayıb.

F-1.az xatırladır ki, Kimoa 2017-ci ilin mart ayında qurulub. Tərəflər gələn ilin yanvarından qüvvəyə minəcək çoxillik müqavilə imzalayıblar. Kimoa loqoları 2018-ci ildə həm bolidlərin, həm də dəbilqə və kombinezonların üzərində olacaq.

Fernando Alonso: “16 il ərzində Formula1-də yarışıram və iki dəfə Dünya Çempionu olmuşam. Buna görə də həyatda yeni macəralar tapmaq çətin ola bilər. Amma qurucusu olduğum Kimoa mənə bu başlanğıcı təmin edir. Kimoa bir neçə dostumla başlatdığım layihədir. McLaren ilə ortaqlıq qurduğumuz üçün sevincliyəm. Kimoa-nın loqolarını boliddə, kombinezonda və dəbilqədə görmək həyəcanverici olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*