24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:31

F.Alonso: “Maşın elə bil özü gedir”

F.Alonso: “Maşın elə bil özü gedir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:20 - 04 May, 2017

Fernando Alonso İndyCar bolidi ilə etdiyi testlərdən sonra bildirib ki, bu maşınlar özbaşına gedirlər.

F-1.az xatırladır ki, 35 yaşlı sürücü İndyCar maşını ilə debütant testlərindən keçib. Alonso ilk testlərdə 55 dövrə vuraraq, 221 mil/saat sürətə çata bilib.

Fernando Alonso: “Əyləncəli idi. Sürətə öyrəşmək üçün əla başlanğıc idi. Əvvəlcə minimum səviyyəyə çatmaq çətin olsa da, sonrakı mərhələlərdə özümü yaxşı hiss etdim. Ümid edirəm ki, bir az da dövrələr vurub bolidi tam olaraq hiss edərik, çünki hazırda elə bil ki, bolid özü gedir.

İndidən 55 dövrə vurdum və buna görə də trayektoriyalarda kiçik sazlanmalar etməyə başladıq. Hansı döngədə hansı ötürmədən istifadə edəcəyimizi öyrənməyə çalışdıq. Hazırda hər şey yaxşı görünsə də, işin əsas hissəsi bundan sonra başlayacaq. İndiyə kimi hər şey yaxşı idi. Komanda mənə çox kömək edir. Görək növbəti həftələrdə nə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 562
Teqlər ,
Paylaş

logo