10 Dekabr 2018, Bazar ertəsi - 19:22

F.Alonso liderliyə sevinir

F.Alonso liderliyə sevinir

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 01 Mart, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, testdə də olsa, birincilik gözəldir.

F-1.az xatırladır ki, testlərin 3-cü günündə qara görə Alonsodan başqa heç bir sürücü zaman nəticəsi göstərməyib. İspaniyalı sürücü pis hava şəraitinə baxmayaraq, 11 dövrə vurub və günü birinci yerdə bitirib.

Fernando Alonso: “Bu gün ən çox dövrə vuran sürücü olmaq əla idi. Hamımız bilirik ki, qış testləri meyar deyil. Amma lider olmaq həmişə gözəldir. Pis hava şəraiti işimizi çətinləşdirdi, hətta, qar da yağdı. Buna görə də normal gün deyildi. Əksər komandalar dövrə vurmamaq qərarına gəldilər.

Bolidlə bağlı bəzi şeyləri yoxlamalı idik. Nəticədə maşınımız yenidir və hələ də ilk günlərdəyik. Hər dövrədən bir şey öyrənirik. Boksda müxtəlif yoxlamalar etdik. Bir neçə dövrə vurub gələcək üçün məlumatlar topladıq. Çətin gündə ən yaxşı işi gördük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , ,
Paylaş

logo