F.Alonso: “Komandalar arasında fərq çoxdur”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, artıq komandalar arasındakı fərqlər böyükdür və buna görə də yarışlarda sürprizlər olmur.

F-1.az xatırladır ki, Mercedes 2014-2016-cı illərdə 59 yarışda 51 qələbə qazansa da, bu mövsüm 6 yarışın yarısında qalib gələ bilib və hazırda Ferrari-dən geridə qalır.

Fernando Alonso: “Formula1 əvvəlki illərə nisbətən daha yaxşı vəziyyətdədir. Amma komandalar arasında fərqlər çoxdur. Əvvəllər fərqli komandalardan fərqli sürücülər əla nəticələr ala bilirdilər. Amma indi əsas müzakirə mövzusu iki komandadan hansı sürücünün podiumsuz qalacağıdır. Hamı əvvəldən qalibi proqnozlaşdıra bilir. Bunu, məncə, heç kim istəməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*