26 Sentyabr 2018, Çərşənbə - 07:24

F.Alonso: “Komandadan ayrılmayacam”

F.Alonso: “Komandadan ayrılmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

19:16 - 06 Aprel, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, son günlərdə komandanı tərk edəcəyi ilə bağlı çıxan xəbərlər reallığı əks etdirmir.

F-1.az xatırladır ki, Fernando Alonso indiki komandasına 2015-ci ildə gəlmiş və son iki ildə ən yaxşı nəticəsi 5-cilik olmuşdu.

Amma ispaniyalı sürücü komandasına hələ də sadiqdir: “Bu xəbərlər reallığı əks etdirmir. Kənardan baxanda danışmaq asandır, amma mənim komanda ilə müqaviləm var. Düzdür, problemlərə görə məyus olmadığımı desəm, yalan olar. Məqsədimiz bunları tez bir zamanda həll etməkdir. Özümü hələ də çox yaxşı hiss edirəm. Yarışlarda ən yaxşı performansımı göstərirəm. Ümid edirəm ki, rəqabətədavamlı olarıq. Komanda məndən gözləyir ki, bolidin maksimumunu çıxarım. Avstraliyada bunu edirdim, amma son dövrələrdə problem çıxdı və xalı əldən verdik”.

Alonsonun McLaren-lə müqaviləsi ilin sonunda bitəcək. 35 yaşlı sürücü yeni müqavilə barədə danışıb: “Hazırda bu barədə heç nə deyə bilmərəm. Bu, gələcəyin söhbətidir. Amma həyatda heç nəyi proqnozlaşdıra bilmərik. Görək nə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 641
Teqlər , , ,
Paylaş

logo