F.Alonso: “Komandada heç kim işləmir”

McLaren komandasının sürücüsü Fernando Alonso Rusiyada yarışa start verə bilmədikdən sonra evinə qayıtmaq istədiyini, amma bunun mümkünsüz olduğunu bildirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mühərrik probleminə görə Rusiyada qızdırma dövrəsində bolidini kənara çəkərək starta çıxmadan mübarizədən uzaq qalmışdı. Beləliklə, 35 yaşlı sürücü bu mövsüm 4-cü yarışda da finiş görə bilməmışdi.

Fernando Alonso: “Bu hallar idmanda baş verə bilər. Əlimizdən heç nə gəlmir. Mən Rusiyada əlimdən gələni etməyə çalışdım. Bacardığım qədər komandaya kömək etdim. Növbədə Barselona yarışı var və orada da yarışa bilməsəm, nə etməliyəm? Mənim vəzifəm sürməkdir. İşimi görürəm, amma komandada öz işini görməyənlər var. Yarışı dayandıran kimi, trasdan ayrılıb evə getmək istəsəm də, təyyarə tapa bilmədim. Bir dondurma aldım və yarışı izlədim.

Gələn il nə olacağını hamımız görəcəyik. Formula1 mənim həyatımdır və bu işi görməyə davam edəcəm. Amma bunu hansı komanda ilə edəcəyimə hələ də qərar verməmişəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*