16 Dekabr 2017, Şənbə - 20:59

F.Alonso: “Komanda ibtidai sinif uşaqlarının səhvini etdi”

F.Alonso: “Komanda ibtidai sinif uşaqlarının səhvini etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:40 - 02 İyul, 2016

Fernando Alonso McLaren-in sıralanma turunda etdiyi səhvdən sonra komandasına əsəbiləşib…

F-1.az xatırladır ki, Fernando Alonso ikinci sessiyada istifadə edilmiş təkərlərlə trasa çıxdığı üçün son sessiyaya qala bilməyib.

Alonso bildirib ki, komandasından təzə təkərlər gözləyirmiş və nəyə görə komandanın bu cür qərar qəbul etdiyini anlamayıb: “Son sessiyaya qalacaq tempə sahib olduğumuzu düşünmürdüm, amma səhv etdik. Yağış proqnozu verilmişdi və biz hamıdan əvvəl trasa çıxdıq. İkinci sessiyada yeni təkərlər gözləyirdim. Ancaq bolidimə birinci sessiyada istifadə etdiyim təkəri taxmışdılar.

İlk cəhdimi bu təkərlərlə etdim və sarı bayraqlar çıxdıqdan sonra yeni təkərlərə keçdim. Ən böyük səhvim rəqiblərim kimi təzə təkərlər götürməməyim idi. Termoçexollar çıxanda gördüm ki, təkərlər istifadə edilib və bu mənim üçün sürpriz idi. Ancaq artıq gec idi.

Bu, əsəblərimi pozur. Onsuz da sürətli deyilik. Vəziyyətimiz yaxşı deyil və üstəlik bu cür səhv edirik. Bu ibtidai sinif uşaqlarının etdiyi səhvdir. Əgər komanda sabahkı yarışa yeni təkərlərlə başlamağı seçsə, daha yaxşı olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər , , ,
Paylaş

logo