F.Alonso karyerasını bitirir?

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, yaxın dostu Fernando Alonso tezliklə McLaren komandasından ayrıla bilər.

F-1.az xatırladır ki, Fernando Alonso mövsümün ilk yarışı Avstraliyada mükəmməl performans göstərsə də, sona 4 dövrə qalmış asılqanı qırılmış və mübarizəni dayandırmalı olmuşdu.

Mark Uebber: “Alonso komandası McLaren-lə davam etməyə bilər. Bəlkə də, Stoffel Vandornun yeni komanda yoldaşı olar. Alonso hazırda çox məyusdur. O, 6-cı və ya 7-ci olmaq üçün mübarizə aparmaq istəmir. Xal qazanmaq onun üçün vacib deyil. Qələbə uğrunda mübarizə aparmaq istəyir”.

Uebber gənc Stoffel Vandorn barədə də xoş sözlər deyib: “Onun gözəl karyerası olacaq. Amma komandası və bolidi rəqabətədavamlı deyil. Lakin bir gün zirvəyə yüksələcək. Bu cür çətin vəziyyətdən çıxa bilər. O hələ ilk mövsümündə öyrənməklə məşğuldur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*