16 Dekabr 2018, Bazar - 23:58

F.Alonso İndy500-ə hansı faydaları verdi?

F.Alonso İndy500-ə hansı faydaları verdi?

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 22 Dekabr, 2017

Sabiq Formula1 sürücüsü və hazırda İndyCar-da yarışan Maks Çilton bildirib ki, Fernando Alonso İndyCar seriyasına çox yaxşılıq edib.

F-1.az xatırladır ki, Fernando Alonso bu il Monako Qran Prisindən imtina edərək İndy500-də yarışmış və 27 dövrə lider getdiyi yarışın bitməsinə 50 mil qalmış mühərrik problemi üzündən mübarizəni dayandırmışdı. İspaniyalı sürücü yarışdan sonra “Ən Sürətli Debütant” statusunu qazanmışdı.

Maks Çilton: “İndy500-ü qazanmaq üçün çalışacam. 2017-ci ildə həyatımın yarışı idi. Uzun müddət yarışa liderlik etdim və artıq liderlik təcrübəm var. Gələn il orada lider gedə bilsəm, daha rahat olacam və ümid edirəm ki, finişi birinci keçərəm.

Alonso Formula1-dəki ən yaxşı sürücülərdəndir və onu təqdir edirəm. O, çox istedadlı sürücüdür. Belə sürücülər hər şeyi çox tez öyrənirlər. Amma inanmazdım ki, İndyCar-a bu qədər tez öyrəşər. Bəzi insanlar onun performansını görəndən sonra düşünür ki, İndyCar maşınlarını sürmək asandır. Buna görə də qalib gələ bilməməsi İndyCar üçün yaxşı oldu. Əgər qalib gəlsəydi, hamı bizi axmaq kimi görərdi. Lakin o buranın necə rəqabətlə dolu olduğundan, hamımızın cəsurluğundan və yenidən qalib gəlmək istədiyimizdən danışdı. Buna görə də İndyCar-a çox yaxşılıq etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 199
Teqlər , , ,
Paylaş

logo