F.Alonso: “İlk üçlük fərqli liqadadır”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, hələ də öndəki üç komandadan çox geridədirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü öz vətənində bu mövsüm ilk dəfə sıralanma turunun son sessiyasına qalıb və 8-ci olub. Lakin “yerli qəhrəman” lider Həmiltondan 1.5 saniyə geridə qalıb.

Qeyd edək ki, McLaren əsl şassisini Barselonaya gətirib.

Fernando Alonso: “Ardıcıl üç dəfə 13-cü olduqdan sonra buna ehtiyacımız var idi. İnkişaf etmişik. Amma işin pis tərəfi də var – ilk altılıqla fərq davam edir. Onlar fərqli liqadadırlar. Biz isə onları izləməli və hər yarış fərqi azaltmalıyıq. Amma bolidə gətirdiyimiz bütün yeniliklər istədiyimiz kimi işlədi. İndi isə daha çox yenilik üzərində işləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*