21 Sentyabr 2017, Cümə axşamı - 12:39

F.Alonso: “İki sürücü arasındakı hörmətin itməsi labüddür”

F.Alonso: “İki sürücü arasındakı hörmətin itməsi labüddür”

Müəllif: Rauf Hacıyev, redaktor

08:04 - 30 İyun, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Azərbaycan yarışında Fettel və Həmilton arasında yaşanan insident barədə çox danışmaq yersizdir.

F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik maşınının arxasında anidən yavaşlamış və Fettel ona çırpılaraq, ön qanadını zədələmişdi. Almaniyalı sürücü bundan sonra qəzəblənərək, əzəli rəqibinin yanına gəlmiş və Ferrari-sini Həmiltonun üzərinə sürmüşdü. Formula1 üzrə ən gənc dördqat Dünya Çempionu bu hərəkətinə görə 10 saniyəlik dayan və get cəzası almışdı.

Fernando Alonso: “Lyuis və Sebastyan arasındakı insident əvvəlki illərdə qarşılaşmadığımız hal idi və buna görə də mətbuat çox şişirtdi. Xırdalıqlara girmək istəmirəm, lakin Fettel yarışda cəzasını çəkdi və mövzu burada bağlanmalıdır. Bu hadisə onların arasında gedən çempionluq uğrunda mübarizəyə də təsir edəcək, amma bunlar idmanda olan şeylərdir. İki böyük sürücü mübarizə apararkən, aradakı hörmətin itməsi labüddür. Görək nələr olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 934
Teqlər , , , , , , , ,
Paylaş

logo