F.Alonso Hülkenberqi dəstəkləyib

Fernando Alonso bildirib ki, Renault-nun Hülkenberq transferi məntiqli qərardır.

F-1.az xatırladır ki, Niko Hülkenberq gələn ildən etibarən Renault-da yarışacaq.

Fernando Alonso 2003-2006-cı və 2007-2008-ci illərdə Renault komandasının şərəfini qoruyub və bu komanda ilə iki dəfə Dünya Çempionu titulunu qazanıb. İspaniyalı inanır ki, fransızlar doğru addım atıblar: “Hər iki tərəf üçün də doğru qərar olduğunu düşünürəm. Niko neçə ildir ki, Force İndia-da yarışır və yeni çağırışa ehtiyacı var idi. O, mənim üçün ən istedadlı sürücülərdən biridir. Bu, Hülkenberqin Dünya Çempionu olması üçün yaxşı fürsətdir. Amma Renault-nun ən güclü sürücülərdən birinə sahib olması da yaxşı haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*