19 Noyabr 2018, Bazar ertəsi - 01:22

F.Alonso: “Horner məndən üzr istəməlidir”

F.Alonso: “Horner məndən üzr istəməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:05 - 25 Avqust, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bu il iki qələbə qazanmış Red Bull-un təklifini rədd edib.

F-1.az xatırladır ki, Horner ispaniyalı sürücü haqqında “getdiyi komandalarda xaos yaradır” demişdi.

Fernando Alonso: “Bəli. Red Bull-dan təklif aldım. 2007-ci ildə və sonrakı illərdə də. Bu il Monako Qran Prisində və avqust ayında da təklif göndərdilər. Amma yayda Horner və Marko barəmdə axmaq-axmaq sözlər dedilər. Mənim xaos yaratdığımı və mənimlə bir yerdə işləməyin çətin olduğunu söylədilər.

Birincisi, mənimlə heç vaxt işləməyiblər. İkincisi, son 7 ildə mənə 5-6 dəfə təklif göndərdilər. İndi isə deyirlər ki, proqramlarına sadiq qalacaqlar. Bu, qəribə haldır və mənə qarşı haqsızlıqdır. Yayda dediyi sözlərdən sonra Kristiana yazdım və mail ilə məndən üzr istədi. Ümid edirəm ki, həftəsonu da üzr istəyər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 156
Teqlər , ,
Paylaş

logo