F.Alonso: “Hər şey yaxşı olacaq”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, yaşadıqları çoxsaylı problemlərə baxmayaraq, Melburnda hər şey qaydasında olacaq.

F-1.az xatırladır ki, digər komandalar səkkizgünlük testlər zamanı bir mühərrikdən istifadə etdikləri halda, McLaren testləri 3 mühərriklə keçirməli olub.

Fernando Alonso: “Beləliklə, qış testləri də başa çatdı. Bəzi günlərdə problemlər yaşasaq da, proqramlarımızı yerinə yetirə bildik. Son günlərdə bolidin performansını nümayiş etdirə bildik. Hər şey qaydasındadır. Birinci yarışa daha çox yenilik gətirəcəyik və bunların üzərində işləyirik. Hamıda vəziyyət eynidir və biz də əsl sürətimizi gizlədirik. Heç kim real gücünü göstərmək istəmir. Bolidi təkmilləşdirməyə çalışırıq. İndi əylənmək zamanıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*