F.Alonso: “Həmiltonun hədəfi Fettelə çatmaq idi”

McLaren Honda komandasının pilotu Fernando Alonso bildirib ki, Lyuis Həmiltonun əsas hədəfi çempionluq sayında Fettelə çatmaq olub.

F-1.az xatırladır ki, Sebastyan Fettel 2010-2013-cü illərdə ardıcıl 4 dəfə Dünya Çempionu olduğu halda, Həmilton 2008, 2014 və 2015-ci illərdə bu titula yiyələnmişdi. Britaniyalı sürücü Meksika yarışında 4-cü çempionluğunu təmin etmişdi.

Fernando Alonso: “Dördüncü Çempionluğu qazanması onun üçün əsas hədəf idi və Sebastyana çatacaqdı. Növbəti hədəfi 5-ci titulu əldə edib Sebastyanı keçmək olacaq. Əminəm ki, indidən düşünməyə başlayıb. Formula1-də daha çox uğur istəyərsiniz. O da həmişə bunu istəyəcək və hədəfi çempionluq olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*