12 Noyabr 2018, Bazar ertəsi - 22:21

F.Alonso: “Həmilton ilə yerdəyişmə etmək istəyirdim”

F.Alonso: “Həmilton ilə yerdəyişmə etmək istəyirdim”

Müəllif: Elçin Zodorov, redaktor

17:59 - 01 Mart, 2016

Fernando Alonso McLaren-ə keçməmişdən əvvəl Ferrari ilə Həmilton barədə danışdığını, Həmiltonun Ferrari-yə, özünün isə Mercedes AMG-yə keçməsini irəli sürdüyünü etiraf edib…

F-1.az xatırladır ki, ispaniyalı ikiqat dünya çempionu 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq McLaren Honda-ya keçmiş, onun yerinə isə Sebastyan Fettel gəlmişdi. 2015-ci ildə Fettel 3 dəfə qələbə qazanarkən, Alonsonun ən yaxşı nəticəsi Macarıstan Qran Prisindəki 5-cilik olmuşdu.

Fernando Alonso: “Bəli, mən bu barədə Ferrari rəhbərliyi ilə danışdım. Bəzi variantlar var idi, amma onlar bunu istəmədi. Rəhbərlik mənə daha 5 il Ferrari-də qalmağı təklif etdi. Amma məni razı sala bilmədilər. Mən də McLaren-ə keçdim. Həmiltonun bu söhbətlərdən xəbəri olub-olmadığını isə bilmirəm…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər , , , , ,
Paylaş

logo