F.Alonso: “Hələ buradayam”

McLaren komandasının sürücüsü Fernando Alonso yarış sevgisinin bitmədiyini deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada 300-cü yarışına çıxmağa hazırlaşır. Lakin bəzi iddialara əsasən, ikiqat Dünya Çempionu karyerasını bitirməyə hazırlaşır.

Fernando Alonso: “McLaren-lə keçən il müqaviləmi yenilədim və birillik deyildi. Burada uzun illər qalacam. Bezdiyimlə bağlı çıxan xəbərlər reallığı əks etdirmir. Avtoidmanın zirvəsində yarışıram. Kartinqdə yarışan hər uşağın xəyalı buradır. Amma hər şeyi proqnozlaşdırmaq mümkündür. Xüsusən də turbo erası başlayandan sonra hər şeyi əvvəldən müəyyənləşdirmək olur. Artıq 7 yarış geridə qalsa da, növbəti 14 yarışın nəticələrini deyə bilərəm. İdman üçün yaxşı hal deyil. Hazırda 7-12-ci yerlər uğrunda mübarizə aparırıq və Əbu Dabidə bu hal dəyişməyəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*