F.Alonso: “Həftəsonu istədiyimiz kimi başladı”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Bəhreyndə həftəsonuna yaxşı başlayıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə gününü 1:31.282 zaman nəticəsi ilə 9-cu yerdə bağlayıb.

Fernando Alonso: “Cümə günü əla keçdi. Həftəsonu bizim üçün əla başladı və narahat deyilik. Yeni detallarla yaxşı performans göstərdik. Sıralanma turunda da yaxşı nəticə almaq üçün hər şeyi bir araya gətirib qüsursuz dövrə vurmalıyıq. Məqsədimiz sıralanma turunda son sessiyaya qalmaqdır. Bunun üçün cümə günü göstəridiymiz performansı təkrar etməliyik. Xüsusən də ikinci sərbəst yürüşlərdə çoxlu dövrə vurub bolidi və təkərləri anlaya bildik. Əlimizdə çoxlu məlumat var və bunları dəyərləndirib yarışa qədər hazır olmaq istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*