F.Alonso: “Haas Ferrari-nin nüsxəsidir”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Haas-ın builki bolidi Ferrari-nin keçənilki bolidinin nüsxəsidir.

F-1.az xatırladır ki, Roman Qrojan cümə sərbəst yürüşlərində Alonsonu 0.5 saniyə qabaqlayaraq, 6-cı olub.

Fernando Alonso: “Haas-ın performansına təəccüblənmədim. Keçən ilin Ferrari-sinin surətini  sürürlər və Ferrari keçən il burada qalib gəlmişdi. Haas çox güclüdür və bəlkə də, üçlükdən sonra onlar gəlirlər. Xüsusən də, mövsümün ilk yarışlarında onları udmaq çətin olacaq. Amma yaxın olmağa çalışacağıq. Hər fürsətdən istifadə edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*