F.Alonso: “Gələn ilin təqvimindəki 21 yarış çoxdur”

F-1.az xəbər verir ki, Mclaren Honda-nın ispan sürücüsü Alonso həm builki, həm də gələnilki təqvimlərdəki 21 yarışın həddindən artıq çox olduğunu bildirib.

Alonso, mövzu haqqında belə danışıb: “Bu il təqvimdə 21 yarış var və 2017-ci ildə də eyni sayda olacaq. Formula1-in yeni sahibi Liberty Media isə təqvimə daha 4 yarış əlavə edilməsini müzakirə edir. Təqvimi daha çox böyütmək istəklərini anlayıram və hörmətlə yanaşıram. Formula1-ə başladığımda təqvimdə 16 və ya 17 yarış var idi, ancaq yarış həftələri arasında çoxlu test edirdik. Bu gün etdiyimiz qədər, hətta daha çox məşğul idik”.

İspan pilot 21 yarışlıq təqvimdəki problemin yarışların təşkilində olduğunu bildirir: “Bugünkü problem isə həddindən artıq səyahət etməyimiz və ardıcıl bir neçə yarışlara qatılmağımızdır. Sentyabr ayının əvvəlində Avropadan Sinqapura gəlirik və hazırda Malayziyadayıq. Bir neçə gün içərisində Yaponiyaya gedəcəyik, daha sonra isə Dünyanın başqa bir ucunda görüşəcəyik. Mənim üçün bu, həddindən artıq çoxdur”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*