F.Alonso gələcək planlarından danışıb

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, gələcəkdə WEC (Dünya Dözümlülük Çempionatı) seriyasında yarışacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Formula1-lə yanaşı WEC seriyasında çıxış edəcək.

Fernando Alonso: “Formula1 üçün hazırlıqları çətindir. İllər keçdikcə bunun mümkün olmadığını görürük. Keçmişdə Karlos Sayns-ata da Dünya Ralli Çempionatından ayrılmışdı. Amma daha sonra Dakar Rallisində yarışdı. Ralliləri sevir. Çempionatdasınızsa, hər dəfə məşq və səyahətlər etməlisiniz. Amma hazırda ildə bir dəfə keçirilən rallidə iştirak edir. WEC də bu fürsəti sizə verir. Daha az yarışmaqla həyatınıza davam edə bilirsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*