22 Oktyabr 2018, Bazar ertəsi - 13:58

F.Alonso FOM-a əsəbləşib

F.Alonso FOM-a əsəbləşib

Müəllif: Rauf Hacıyev, redaktor

15:05 - 29 İyul, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso radio danışıqlarınl yaydığı üçün FOM-a əsəsləşib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunun ikinci sessiyasında nəticəsini yaxşılaşdıra bilmədiyi üçün komandası yeni dəst yağış təkərləri üçün pitə çağırıb. Lakin Alonso komandasına “maşınıma raket də taxsanız, 11-ci yerdən yaxşı nəticə mümkünsüzdür deyib.

Fernando Alonso: “FOM yenə də radio danışığımı yayıb. Bu, onların hobbisidir. Onlara uğurlar arzulayıram. Bunu niyə edirlər bilmirəm. Son sektorda su çox idi. Buna görə nəticəni yaxşılaşdırmaq çətin idi. Komanda ilə yeni dövrəyə ehtiyac olub-olmadığını danışırdıq. Yağış təkərləri ilə daha bir dövrə atmağa qərar verdik. Bunun əyləncəli olduğunu düşünüb söhbətimizi yaydılar. Belə hallarda narahat edirlər.

Çətinliklərə baxmayaraq, sıralanma turu yaxşı keçdi. Çətin şəraitdə idik. Belə şəraitdə düzgün vaxt tapmaq üçün bəxtiniz olmalıdır. Amma yağışın hesabına 11-ci olduq. Yarışda əlimizdən gələni edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 112
Teqlər , , ,
Paylaş

logo