17 Oktyabr 2018, Çərşənbə - 10:11

F.Alonso Ferrari-yə qayıdır?

F.Alonso Ferrari-yə qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

20:16 - 24 May, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bəzi iddialara əsasən, İspaniyada Ferrari ilə danışıqlar aparıb.

F-1.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Alonso sabiq komandası Ferrari ilə danışıqlar aparıb və bəzi şərtlər müzakirə edilib. Bəzi iddialara əsasən, Flavio Briatore sevimli sürücüsünü Ferrari-yə qaytarmaq üçün əlindən gələni edir.

Flavio Briatore: “Fernando gələn il ya Mercedes-ə, ya da Ferrari-yə keçməlidir. Futbolda 10 güclü klub var. Messinin seçim şansı daha çoxdur. Formula1-də isə sadəcə 3 komandada yarış qazana bilərsiniz”.

Xatırladaq ki, ispaniyalı sürücü 2010-2014-cü illərdə Ferrari-də yarışımış və Sürücülər Çempionatında 3 dəfə ikinci olmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 141
Teqlər , , ,
Paylaş

logo