F.Alonso: “Ferrari-nin qələbəsinə sevindim”

Ferrari komandasının sabiq sürücüsü Fernando Alonso bildirib ki, "qırmızılar"ı yenidən rəqabətədavamlı gördüyü üçün sevinclidir.

F-1.az xatırladır ki, Ferrari komandası Avstraliyada qalib gələrək, 18 aylıq həsrətə son qoyub. İtalyanlar hazırda çempionluq uğrunda mübarizədə ən böyük favorit kimi görünürlər.

Fernando Alonso: “Keçən il Ferrari burada yarışı qazana bilərdi, amma əlavə bir pit-stopa görə yarışı Rosberqə hədiyyə etmişdilər. Buna görə də əsl vəziyyəti görmək üçün bir neçə yarış gözləməliyik. Amma düşünürəm ki, Ferrari son illərdəki ən güclü bolidə sahibdir. Ferrari-də gözəl xatirələrim olub. Buna görə də Ferrari-nin qələbəsinə sevinirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*