F.Alonso: “Ferrari çempion olsa, peşman olaram”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, əgər Ferrari bu mövsüm Dünya Çempionu titulunu qazansa, Ferrari-ni tərk etdiyinə görə peşman olacaq.

F-1.az xatırladır ki, Fernando Alonso 2014-cü ilin sonunda Ferrari-dən ayrılıb və McLaren Honda-ya transfer olub, amma Ferrari artıq Mercedes AMG ilə aralarındakı fərqi bağlayıb və bu mövsüm çempionluğa real namizədlərdən biri sayılır, amma Fernando Alonsonun üzərini qara buludlər alıbdır.

İspaniyalı sürücü bildirib ki, əgər o, Ferrari komandasında qalsaydı, Fettel və Rəykkönenin sahib olduğu üstünlüklərə sahib olacaqdı: “Əgər mövsümün sonunda Dünya Çempionu olsalar, peşman olacam, çünki 2016-cı ilin sonuna qədər komanda ilə müqaviləm var idi”.

Bundan başqa Alonso bildirib ki, McLaren Honda komandası bu il inkişaf etsə də, qələbə qazanacaq gücdə deyil və bu hal onu məyus edir: “Keçənilki problemlərdən sonra bu il inkişaf etmişik. Ona görə də xoşbəxtəm, amma qələbə qazana bilmirik və məyusam.

Keçən il burada xoşbəxt idim, çünki mən görürdüm ki, hamı uğur qazanmaq üçün əlindən gələni edir. Əminəm ki, McLaren Honda bir gün qələbə qazanacaq. Ancaq mən istəyirəm ki, tez bir zamanda başlayaq.

Ən pis ehtimalla Q3-ə qalıb, 4-cü yer uğrunda mübarizə aparmaq istəyərəm, amma bunun üçün də vaxt lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*