F.Alonso: “Eybəcərəm, amma istəksiz deyiləm”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, Formula1 karyerası üçün var qüvvəsi ilə yarışır...

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titullarını qazanıb. Alonso bundan sonra çoxlu qələbə və podiumlar qazansa da, 3-cü Dünya Çempionu titulunu əldə edə bilməyib.

Fernando Alonso İspaniyanın AS nəşrinə müsahibə verib. 34 yaşlı sürücü jurnalistlərin “Gələcəkdə İndianapolis500-də və ya Le Manda qalib gəlmək istərdinizmi?” sualına cavab verib: “Bəli. Avtoidmanın 3 əfsanəvi yarışı var: Monako, Le Man və İndianapolis500. Üçünü birdən qazanmaq çox çətindir, amma bu uğura imza atmaq mükəmməl olar.

Mənim motivasiyalı olmadığımı deyənlər görəsən harada yaşayırlar? 2012-ci ildə son döngəyə qədər çempionluq mübarizəsi apardım. 2013-cü ildə ikinci oldum və 2014-cü ildə Kimi Rəykkönendən 3 dəfə çox xal topladım. 2015-ci ildə Macarıstan yarışında bolidi pitə çatdırmaq üçün özüm itələdim.

İndi iki qabırğam çatlayıb, amma FİA məndən soruşanda deyirəm ki, yarışmaq istəyirəm. Buna görə də, motivasiyalı olmadığımı demək axmaqlıqdır. Mənim barədə hər şey deyə bilərsiniz. Eybəcərəm, yaşlıyam, yavaşam, amma istəksiz deyiləm.

Anam qəzadan sonra çox narahat idi. Avstraliyadakı qəzadan sonra yarışmaq üçün Bəhreynə getdim. Yarışmaq üçün etdim bunu. İndi isə bu adam (Herbert) mənim istəksiz və təqaüdə çıxmalı olduğumu deyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*