F.Alonso: “Ən güclü rəqibim Şumaxer idi”

Fernando Alonso bildirib ki, karyerası ərzində yarışdığı ən güclü rəqib Mixael Şumaxer olub...

F-1.az xatırladır ki, Fernando Alonso 2001-2006 və 2010-2012-ci illərdə Şumaxerə qarşı yarışıb və 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titullarını qazanıb.

İspaniyalı sürücünün bu gün 35 yaşı tamam olur və karyerası ərizndə onun ən güclü rəqibinin Şumaxer olduğunu deyir: “Bəli. Çoxumuz üçün mükəmməl istedad və ilham qaynağıdır. Onunla mübarizə apararaq təcrübə qazandım. Mixael Formula1 tarixinin ən güclü yarışçısıdır və onunla yarışmaq qürurverici idi”.

Fernando Alonso gələn ili də dəyərləndirib: “Gələn il qaydalar dəyişəcək və nəsə demək çətindir. Əgər hazırkı qaydalar qalsa, cavabım “xeyr” olacaq. Çünki Honda güclənsə belə, Mercedes və Ferrari yenə də öndə olacaqlar. Onlar həm aerodinamika cəhətdən, həm də başqa sahələrdə çox üstündürlər.

Hər şeyə sıfırdan başlamaq həm McLaren üçün, həm də rəqiblərimiz üçün yaxşı fürsət olacaq. Rəqabətədavamlı şassimiz və mühərriyimiz olsa, bu bizə əlavə üstünlük gətirəcək. Ancaq bunun üçün düzgün işləmək lazımdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*