23 Oktyabr 2017, Bazar ertəsi - 14:01

F.Alonso əfsanəvi yarışa 5-ci yerdən başlayacaq (video)

F.Alonso əfsanəvi yarışa 5-ci yerdən başlayacaq (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:09 - 22 May, 2017

Okeanın o biri tayında əfsanəvi İndianapolis trasında 500 millik yarışın sıralanma turu başa çatıb.

F-1.az xatırladır ki, İndyCar seriyasında sıralanma turu Formula1-dən fərqlənir və iki gün ərzində baş tutur. Şənbə günü McLaren Honda komandasının sürücüsü Fernando Alonso minimum proqramı yerinə yetirərək ilk doqquzluğa düşmdüşdü.

Bazar günü keçirilən sıralanma turunda ispaniyalı sürücü nəticəsini bir qədər də yaxşılaşdıraraq yekun protokollarda 5-ci yerə yüksəlib. Beləliklə, Formula1 üzrə ikiqat dünya çempionu debüt etdiyi yarışa ikinci cərgədən start verəcək. Xatırladaq ki, yarış Monako Qran Prisi ilə eyni gündə olduğu üçün Alonsonu komandada Censon Batton əvəz edəcək.

Sırlanma turunun ikinci gününü aşağıdakı videodan izləyə bilərsiniz…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 832
Teqlər , ,
Paylaş

logo