18 Noyabr 2018, Bazar - 12:12

F.Alonso: “Dennis icazə verməzdi”

F.Alonso: “Dennis icazə verməzdi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:18 - 14 Aprel, 2017

Monakoda yarışmaqdan imtina edərək İndy500 seriyasında yarışmağı seçən Fernando Alonso bildirib ki, McLaren-in rəhbəri Ron Dennis olsaydı, bunu edə bilməzdi.

F-1.az xəbər vermişdi ki, ispaniyalı sürücü mayda əfsanəvi İndy500-də iştirak edəcək. Xatırladaq ki, Ron Dennis keçən ilin sonunda McLaren rəhbərliyindən uzaqlaşdırılmış və onun yerinə Zek Braun keçmişdi.

Fernando Alonso: “Ron Dennis icazə verməzdi. Zek indiyə kimi işlədiyim ən açıqfikirli rəhbərdir. O, avtoidmana fərqli gözlə baxır. McLaren-in böyük olduğunu bilir və təkcə Formula1-ə fokuslanmaq istəmir. McLaren daha əvvəl 24 saatlıq Le Man marafonunda bir neçə dəfə qalib gəlib. Zek də qalib gəlib. Məncə, o əsl yarışçıdır və McLaren onu rəhbər seçməkdə düzgün edib.

Əgər bu mövsüm rəqabətədavamlı olsaydıq və komanda yoldaşımla bir yerdə 43 xal toplasaydıq, 25 xalı itirmək riskinə girməzdik. Rəqabətədavamlı olsaydıq, hər şey fərqli olardı.

Biz İndy500 barədə çoxdan danışırdıq. Zek amerikalı olduğu üçün İndy500-ə, Erik Bulye fransız olduğu üçün 24 saatlıq Le Man marafonuna getməyimi istəyirdi. McLaren Honda ilə İndy500-də yarışmaq çox cəzbedici idi. Amma Le Manda da yarışmaq istəyirəm və bu mümkündür. Bilmirəm, gələn il olar yoxsa ondan sonrakı il. Amma hər şeydən əsas Formula1-dir. Əgər builki kimi həm Formula1, həm də digər seriyalarda yarışa bilsəm, daha yaxşı olar. Alınmasa, ancaq Formula1-də yarışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 166
Teqlər , , , ,
Paylaş

logo