21 Oktyabr 2018, Bazar - 01:23

F.Alonso dəbilqəsini təqdim edib

F.Alonso dəbilqəsini təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

14:09 - 05 Yanvar, 2018

Fernando Alonso 24 saatlıq Daytona marafonunda yarışacağı dəbilqəsini təqdim edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün Daytonada istifadə edəcəyi dəbilqə İndy500-də istifadə etdiyi dəbilqəni xatırladır. Lakin İndianapolisdəki dəbilqə qara idi, bu isə ağ rəngdədir.

Dəbilqənin üzərində Alonsonun öz markası olan Kimoa-nın loqotipləri vurulub. Arxa tərəfdə isə Daytona trasının xəritəsi təsvir edilib. Bundan başqa İspaniya bayrağında olan sarı və qırmızı, Alonsonun anadan olduğu Asturiya əyalətinin bayrağındakı mavi rəng də dəbilqənin üzərində öz əksini tapıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər ,
Paylaş

logo