22 Oktyabr 2017, Bazar - 10:31

F.Alonso: “Çox məyusuq”

F.Alonso: “Çox məyusuq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:11 - 10 İyul, 2017

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, xal ala biləcəyi yarışda mübarizəni 1-ci dövrədə dayandırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 12-ci yerdən başlasa da, mükəmməl start alaraq, həm Ferstappeni, həm də Karlos Saynsı keçmişdi. Lakin birinci döngənin girişində Kvyat əylənmədə gecikərək, ispaniyalı sürücüyə çırpılmışdı. Beləliklə, idarəetməni itirən Alonso da öz növbəsində Ferstappenə təmas edərək, mübarizəni dayandırmalı olmuşdu.

Fernando Alonso: “Sözün açığı, gözəl startdan sonra bu cür hadisənin yaşanmasına görə məyusam. Start zamanı öndəki bir neçə sürücü problem yaşamışdı və onları qabaqlamışdım. Daha sonra arxadan bir zərbə aldım və yarış bitdi. Boliddə ciddi problemlər olduğu üçün yarışı dayandırmağa qərar verdik. Bura bolidimiz üçün əlverişli olmasa da, xal qazana bilərdik. Amma alınmadı. Xüsusən də son yarışlarda bu cür qarışıqlıqlardan maksimum yararlana bilmişdik. Bu dəfə alınmadı və ona görə də özümü pis hiss edirəm. Heyif ki, bununla bağlı heç nə edə bilmirik. Silverstounda güclü olmağı gözləyirik. İndi ən yaxşı formada hazırlaşaraq, yaxşı nəticə almağa çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 378
Teqlər , , , ,
Paylaş

logo