F.Alonso: “Çətin yarış idi”

Fernando Alonso Almaniya QP-nin onlar üçün çətin keçdiyini etiraf edib..

F-1.az xatırladır ki, ispaniyalı sürücü 13-cü yerdə başladığı yarışı 12-ci yerdə bitirib. İspaniyalı sürücü yarış ərzində 10-cu yerdə olsa da, yarışın sonlarında yanacağa qənaət etməli olduğu üçün Peres və Qutyerresin gerisinə düşdü.

Fernando Alonso: “Böyük ehtimalla mövsümün ən çətin yarışlarından biri idi. Çox çətin yarış oldu. Yarışın sonlarına doğru təkərlərim təmiz yeyildi və yanacağa qənaət etmək məcburiyyətində qaldım. Bu çətin keçən yarışı daha da çətinləşdirdi. Biz buraya gələndə bilirdik ki, həftəsonu bizim üçün çətin keçəcək və 10-cu yeri yarışın son dövrələrində itirdik. Bu gün ümid edirdik ki, xal alacaıq və bunu etməyə çox yaxın idik. Amma alınmadı. Yarış ərzində sürətli deyildik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*