F.Alonso: “Bu nəticədən razı qala bilmərəm”

Fernando Alonso McLaren-in xal ala bilmədiyi Britaniya QP-dən razı qala bilməyəcəyini deyib...

F-1.az xatırladır ki, Alonso yarışa 9-cu yerdən başlamışdı və ispaniyalı sürücü Felipe Massaya hücum edərkən, yerində fırlanaraq geriləmişdi və beləliklə xalsız qalmışdı. Censon Batton isə 12-ci yerdə yarışı tamamlamışdı.

Alonso McLaren-in lazımi qədər sürətli olmadığını bildirib: “Yarışda 12-ci və 13-cü olduq. Yəni özümüzü yaxşı hiss edə biləcəyimiz yerdə deyilik. Bu gün belə oldu. Mənim bolidimlə 1 və ya 2 xal ala bilərdik, amma hazırkı mühərrik gücü ilə bunu etmək çox çətindir. Buna görə də 1-ci və 2-ci döngələrdə ötmə etmək üçün yeni yerlər tapmalı olduq. Nəticədə yerimizdə fırlandıq. Çətin yarış idi. Xal almaq üçün lazımi sürətdə deyildik. Yaxınlaşdıq, xüsusən də tras yaş olanda bir az sürətli idik, amma tras quruduqdan sonra işlər çətinləşməyə başladı. Önümüzdə Williams, Force İndia və Toro Rosso kimi rəqabətədavamlı komandalar var idi”.

Alonso komandanın inkişafından razı qaldığını əlavə edib: “Bu həftəsonu inkişaf etdiyimizi düşünürəm. Williams, Force İndia və Toro Rosso kimi komandalarla mübarizə apara bilərdik, bu yaxşı haldır”.

Yarışa 17-ci yerdən başlayan Censon Batton isə sıralanma turunda arxa qanad ilə bağlı problemlər yaşamışdı. Britaniyalı bildirib ki, gerilərdən başlayıb, uğur gözləmirdi: “Yarışa 17-ci yerdən başlamaq kömək etmir. Xal almaq üçün sıralanma turunda ilk onluğa düşməlisiniz və orada qalmalısınız. Bizim vəziyyətimizdə isə ilk onluğa girmək üçün güc yox idi. Hələki oralarda deyilik.

Radiodan mənə “bir az da sürətli ol. Fettel ilə fərqi 5 saniyəyə sal” deyirdilər. Bu xoşuma gəldi, amma onlar Fettelin Ferrari sürdüyünü unutmuşdular”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*