19 Noyabr 2017, Bazar - 01:32

F.Alonso Braziliyada yaxşı nəticə istəyir

F.Alonso Braziliyada yaxşı nəticə istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 08 Noyabr, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Braziliya yarışında da xal almaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Braziliyada 8 dəfə podiuma yüksəlib və hazırda yarışan sürücülər arasında ən çox İnterlaqosda podiuma yüksələn sürücüdür.

Fernando Alonso: “İnterlaqos klassik trasdır və burada yarışmaq mükəmməldir. Burada çox sayda əfsanəvi sürücü çempionluğunu rəsmiləşdirib. Burada əksər hallarda dramatik yarışlar olub. Amma artıq hər şey müəyyənləşdiyi üçün sakit bir yarış olacaq. Buna baxmayaraq, İnterlaqos vacib yarışdır və buradakı fanlar yarışları çox sevirlər. Məqsədimiz burada yenidən xal almaqdır. Tras bizim üçün əlverişlidir, amma bəxtimiz də gətirməlidir. Yağış yağsa, bu vəziyyəti daha da yaxşılaşdırar. Ümid edirəm ki, son iki yarışda daha güclü olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 189
Teqlər , , ,
Paylaş

logo