F.Alonso: “Braun ən yaxşı komanda rəhbəridir”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, rəhbəri Zek Braun idman üçün əla işlər görür.

F-1.az xatırladır ki, McLaren Group-un amerikalı rəhbəri Zek Braun keçən il Alonsoya İndy500-də, bu il isə 24 saatlıq Daytona marafonunda yarışmağa icazə verib.

Fernando Alonso: “O, özünəməxsus komanda rəhbəridir. Avtoidmana geniş pəncərədən baxır və dahi biznesmendir. Son iki ildə McLaren-ə çox kömək etdi. İndi isə bütün avroidmana kömək edir. Onun fikirlərini dəstəkləyirəm. O, sadəcə rəhbərim yox, eyni zamanda dostumdur. İdman üçün əla işlər görür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*