16 Dekabr 2017, Şənbə - 07:12

F.Alonso: “Bolidlərin dizaynı vacib deyil”

F.Alonso: “Bolidlərin dizaynı vacib deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

19:08 - 27 İyul, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, bolidlərin görüntüsü elə də önəmli deyil.

F-1.az xatırladır ki, gələn ildən etibarən Formula1-də Halo sistemindən istifadə ediləcək.

Fernando Alonso: “Zamanı geriyə alıb, həmkarlarımızın həyatını xilas edə bilsəydik, xoşbəxt olardıq. Əvvəlcə bu barədə danışmalıyıq. Görüntü elə də vacib deyil. Formula1 2001-ci illə müqayisədə çox dəyişdi. Bolidlər çox fərqlənir. Ön qanad quruluşu və yüksəklik çox fərqlidir. Kabinə də çox fərqlidir. Qırx və ya 50 il əvvəl təhlükəsizlik kəməri də yox idi. Başı qoruyan sistemdən istifadə etmək istəyərəm. FİA Halo-nu təkmilləşdirsə və bu sistem sürücülərin başını qoruyursa, onda bu sistemi yaxşı qarşılayarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 381
Teqlər , , , ,
Paylaş

logo