F.Alonso: “Bolidə güvəndim”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, yaxşı sıralanma turu sessiyası keçiriblər və yarışdan gözləntiləri çoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 7-ci yeri tutsa da, Daniel Rikkardonun cərimələnməsinə görə yarışa 6-cı yerdən başlayacaq.

Fernando Alonso: “7-ci olmaq mükəmməl idi. Cəzaya görə bir pillə də qazandım və gözəl sürpriz oldu. Bolidə güvənərək, limitlərdə sürdüm. Orta qrupda hamı bir-birinə yaxın idi, amma biz daha yaxşı iş gördük və xoşbəxtəm. Cümə günü boliddən razı deyildim və sonuncu sərbəst yürüşlərdə sazlanmalarda dəyişikliklər etdik. İndi bizi uzun və çətin yarış gözləyir. Təbii ki, arxadan Rikkardo və Həmilton sürətlə yüksələcəklər. Yenə də gözəl xallar ala bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*