F.Alonso: “Bəhreyndə daha güclü olacağıq”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Bəhreyndə daha güclü performans gözləyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstraliya yarışına 10-cu yerdən başlasa da, damalı bayrağı 5-ci yerdə keçərək, fanlarını sevindirmişdi.

Fernando Alonso: “Mövsümə yaxşı başladıqdan sonra Bəhreyni səbirsizliklə gözləyirəm. Avstraliyada özümüzü yaxşı hiss edirdik. Ümid edirəm ki, bu tempi ardıcıl iki yarışda davam etdirə bilərik. Komanda yeniliklər üçün bazada var qüvvəsi ilə işləyir. Şassi və güc qurğusundakı yeniliklərlə daha sürətli olacağıq. Bəhreyn və Çin yarışları bolidə qarşı tələbkardırlar. Performansı yaxşılaşdırmaq üçün etibarlılığa da fokuslanmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*