F.Alonso: “Barselonada oyuna qayıtmaq istəyirik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandasının İspaniyada oyuna qayıtmasına ümid edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm ilk 4 yarışda damalı bayrağa çata bilməyib. Amma 35 yaşlı sürücü ümid edir ki, uğursuz seriyaya öz publikası önündə son verəcək. Hələlik isə Honda motoru buna imkan vermir…

Fernando Alonso: “Görək burada nə olur. Hazırda yaxşı vəziyyətdə deyilik. İlk 4 yarışda pis performans göstərdik və mən finişə çata bilmədim. Birincisi, inkişaf etməliyik. Əslində həmişə bunu etmişik və çox çətin deyil. Bu tras digərlərindən fərqlidir və görək burada necə olacağıq. Komandaların buraya gətirəcəyi yeniliklər çox vacibdir və hər şey dəyişə bilər. Harada olduğumuzu bu həftəsonu bilməliyik.

Performansımızı artırmalıyıq və çoxlu dövrələr vurmalıyıq. Bunlar etməli olduğumuz işlərin bəziləridir. Ümid edirəm ki, İspaniya bizim üçün yeni bir başlanğıc olar.

Soçidə nə baş verdiyini bilmirəm. Qızdırma dövrəsində ERS-lə bağlı problemlərimiz var idi. Həmin ərəfədə hər şeyi yenidən başlatmaq istədim, amma son cəhdimdə bolid dayandı. Bizim üçün pis haldır. Vandorn da Bəhreyndə yarışa başlaya bilməmişdi və bu hal qəbulolunmazdır. Buna görə də etibarlılıq problemlərini həll etməliyik. Ümid edirəm ki, iki bolidlə də yarışı bitirərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*