F.Alonso azarkeşlərin suallarına cavab verib

Pilot suallara şəxsi twitter bloqundan cavab verib.

Sosial şəbəkələrdən ən aktiv şəkildə istifadə edən sürücülərdən biri olan Fernando Alonso bir neçə gün əvvəl şəxsi twitter bloqunda azarkeşlərin ona suallar vermələrini istəmişdi. Mümkün qədər çox suala cavab verən Fernando bunu tez-tez təkrarlayacağını bildirib.

F-1.az həmin sual-cavabı təqdim edir.

Sual: Bir komanda sahibi olsaydın, hansı sürücüləri alardın?

Cavab: Karlos Sayns və Stoffel Vandornu.

Sual: Hansı trasın təqvimə qayıtmasını istərdin?

Cavab: Manyi Kur.

Sual: Yarışlarda yanacaqdoldurmanın olması yaxşı idi, yoxsa indiki qayda?

Cavab: Yanacaqdoldurma daha yaxşı idi.

Sual: McLaren Honda ilə ən çox hansı yarışda qalib gəlmək istərdin?

Cavab: Monako Qran Prisi.

Sual: Mindiyin lift xarab olaraq içəridə qalsan, yanında köhnə komanda yoldaşlarından hansının olmasını istərdin?

Cavab: Cankarlo Fizikella.

Sual: Çay, yoxsa qəhvə?

Cavab: Qəhvə.

Sual: Şam yeməyini saat neçədə yeyirsən?

Cavab: 22:30 – 23:00-da

Sual: Pokemon GO oynayırsan?

Cavab: Xeyr!

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*