23 Oktyabr 2017, Bazar ertəsi - 15:38

F.Alonso: “Avstriyadan yaxşı nəticə ilə qayıda bilərik”

F.Alonso: “Avstriyadan yaxşı nəticə ilə qayıda bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 04 İyul, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso Azərbaycan yarışında ilk xallarını qazandıqdan sonra Avstriyada da yaxşı nəticə gözləyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıdakı yarışa sonuncu cərgədən başlasa da, yekunda 9-cu olaraq komandasına mövsümdəki ilk xalları qazandırmışdı.

Fernando Alonso: “Bakıdakı yarışdan çox razıyam. Yarış performansımız göstərdi ki, bolidimiz güclüdür və önümüzə fürsət çıxan zaman ən yaxşı xalları qazanmaq üçün əlimizdən gələni etdik. Sadəcə iki xal qazansaq da, o cür çətin həftəsonundan sonra bizi irəli aparacağına əminəm. Avstriyada güclü ola bilərik. Honda-nın üçüncü versiya mühərriyi var və bu, irəliyə doğru böyül addım olacaq. Bizim üçün hər addım vacibdir və bu həftəsonu pozitiv addım atmağı gözləyirik. Avstriyada mühərrik digər traslardakı kimi vacib deyil və tras bolidimiz üçün əlverişlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 677
Teqlər , , , , , ,
Paylaş

logo