18 Dekabr 2018, Çərşənbə axşamı - 17:50

F.Alonso: “2017-ci ildə sürətli bolidlər istəyirik”

F.Alonso: “2017-ci ildə sürətli bolidlər istəyirik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:09 - 26 Mart, 2016

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Formula1 bolidləri 2017-ci ildən etibarən daha sürətli olmalıdırlar…

F-1.az xatırladır ki, gələn ildən etibarən Formula1-də daha sürətli və aerodinamika cəhətdən güclü bolidlərin olması planlaşdırılır.

Fernando Alonso jurnalistlərin “F1-in hazırkı vəziyyətini bəyənirsinizmi?” sualını belə cavablandırıb: “Bəli və xeyr. Bu hələ də hamımızın sevdiyi və dünyanın ən yaxşı idman növüdür. Amma artıq çox sürətli deyil. Hazırda biz daha yavaş və inkişaf etmiş bolidlərlə yarışırıq.

Bolidlər 7-8 il əvvəl səkkiz saniyə daha sürətli idi. Hazırkı dövrdə adrenalin və həyəcan da azalıb.

Mən düşünürəm ki, 2017-ci ildə bolidlər daha sürətli olmalıdırlar. Ümid edirəm ki, idman normal vəziyyətə qayıdar və biz yenidən mükəmməl bolidləri idarə edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 411
Teqlər ,
Paylaş

logo