16 Oktyabr 2018, Çərşənbə axşamı - 23:02

F.Alonso: “2017-ci ildə çempionluq uğrunda mübarizə aparmaq istəyirəm”

F.Alonso: “2017-ci ildə çempionluq uğrunda mübarizə aparmaq istəyirəm”

Müəllif: Elçin Zodorov, redaktor

16:06 - 25 İyun, 2016

McLaren Honda keçən illə müqayisədə nisbətən güclü görünsə də, çempionluq mübarizəsindən olduqca uzaqdadır.

F-1.az xatırladır ki, Fernando Alonso McLaren-in yeni sponsoru Michael Kors-un təqdimat mərasimində müsahibə verib: “Hələ yolumuz çox uzundur, çünki qalib gəlmək və çempion olmaq istəyirik. Hazırda çempionluq mübarizəsi verəcək gücdə deyilik, amma buna yaxınıq. Bu il bizim üçün çox önəmlidir və gələn il son addımı atıb, çempionluq mübarizəsi vermək istəyirik”.

Alonso hazırda 18 xal toplayıb və turnir cədvəlində 13-cü yerdədir. Onun gənc həmyerlisi Karlos Sayns da 18 xal toplayıb.

Fernando Alonso: “Bu il Karlos öndə olsa və gələn il mən çempionluq mübarizəsi versəm, xoşbəxt olaram. Əlbəttə, 9-10-cü yerlər uğrunda mübarizə aparmaq mənə həzz vermir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər , ,
Paylaş

logo