19 Noyabr 2017, Bazar - 01:29

F.Alonso 2009-cu ildə Red Bull-a keçməyə yaxın olub

F.Alonso 2009-cu ildə Red Bull-a keçməyə yaxın olub

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 09 Noyabr, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, 2009-cu il üçün Fernando Alonso ilə müqavilə bağlamağa çox yaxın olublar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005-ci və 2006-cı illərdə Renault ilə çempion olduqdan sonra McLaren komandasına keçmişdi. Amma ikiqat Dünya Çempionunun işləri britaniyalıların heyətində yaxşı getməmiş və 2008-ci ildə yenidən Renault-ya qayıtmışdı.

Kristian Horner: “Alonso ilə müqavilə bağlmağa yaxın idik. Helmut və mən 2008-ci ilin sonunda onun meneceri ilə görüşdük və ikiillik müqavilə təklif etdik.

Fernando isə birillik müqavilə istəyirdi. Amma biz ya ikiillik müqavilə istəyirdik, ya da heç nə. Bunu qəbul etməyəcəyimizi dedik. Düşünürdük ki, 2009-cu il üçün Ferrari ilə müqavilə bağlayıb.

Qəribə olan şey o idi ki, danışıqlarda Flavio da iştirak edirdi. Fernandonu rəhbəri olduğu Renault-ya transfer etmək istəyirdi.

Düşünürdüm ki, 2009-cu ilin ortasında bəlkə komandaya qoşula bilər. Çünki bizim bolidlə çempipn ola bilərdi. 2011-ci və 2012-ci illərdə də Belçikada danışıqlar aparmışdıq, amma ən ciddi birincisi idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 445
Teqlər , , ,
Paylaş

logo